Atambayevdən şok: Həbsim üçün gəlsələr, özümü öldürəcəm

Əgər hüquq-mühafizə orqanları məni həbs etməyə cəhd etsələr, müqavimət göstərəcəyəm.

Sozcu.az xəbər verir ki, bunu Qırğızıstanın eks-prezidenti Almazbek Atambayev deyib. O, həbs olunacağı təqdirdə özünü güllələyəcəyini bildirib.

Atambayev onu həbs etmək istəyənlərin qanunsuz əmrləri icra etmiş olacağını söyləyib:

“Ölkədən qaçmaq fikrində deyiləm. Mənim ünvanıma səsləndirilən ittihamlar yalandır. Hər kəs istintaqın necə getdiyini görür”.

Qeyd edək ki, bundan öncə Atambayevin toxunulmazlığı ləğv edilmişdi.

Facebook Comments