ATAMBAYEV MİTİNQDƏ QIRĞIZISTAN PREZİDENTİNƏ MEYDAN OXUDU:“Sənə qarşı mübarizəyə qalxıram” – Təhlil

İrina Corbenadze

rosbalt.ru,

Keçmiş prezidentə kölgədən “yönəltmək” imkanı verməyən varisdən inciklik inqilaba dönüşə bilər – əlbəttə, iddialını həbs etməsələr, ya da o əkilməsə.

Atambayev Jeenbekovu hakimiyyətə gətirdiyi üçün artıq “xalqdan üzr istəyib”.

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev heç cür barışa bilmir ki, onun havardarlıq etdiyi adam – respublikanın indiki başçısı Sooronbay Jeenbekov nanəcib çıxıb və öz havadarının əlində oyuncağa dönməyib.

Atambayevin fəaliyyətdəki prezidentin ipini çəkməyi baş tutmayıb və yeni qırğız Den Syaopin olmayıb. Amma Almazbek Şarşenoviç elə adam deyil ki, sakitləşsin, boynuna aldığına görə, ona “böyük var” gətirən biznesilə məşğul olsun – o, hərtərəfli hakimiyyətə can atır. Nə etməli, adama qəbirdə rahat yatmağa qoymayn ətalət ağır azardır. Və coşğun fəaliyyət tələb edir.

Bu “fəaliyyət” Jeenbekov prezident postunu dinc yolla tutduqdan, amma respublikanın keçmiş başçısına tabe olmaqdan imtina etdikdən iki ay sonra başlanıb. Ümumiyyətlə, o özünü bərk “qoz” kimi göstərib ki, bunu da ehtimal etmək olardı. Bununla belə, Qırğızıstanın bəzi qəbilələrindəki nüfuzundan faydalanan Atambayev hakim partiyanı parçalamağa nail olub, amma milli təhlükəsizlik komitəsinin başçısı, baş prokuror və başqaları daxil olmaqla bir zamanlar təyin etdiyi yüksəkməqamlı məmurların işdən çıxarılmasıyla bağlı əlindən heç nə gəlməyib. Başqaları isə – baş nazirin I müavini, gömrük rəisi və daha kimlərsə korrupsiya ittihamı üzrə həbs olunublar.

KİV-lər o zaman Atambayevin özünün korrupsiya sövdələşmələrini fırlatmağa və onun yeni “lalə inqilabı”na – 2005-ci ildə də Qırğızıstanda baş verdiyi kimi – hazırlığından danışmağa başlamışdı. Amma durum sonradan bir az toxdadı, lakin Atambayev apreldə dağ laləsinin çiçəkləmə çağında hakimiyyətə təmərküzləşmiş basqına yeni cəhd göstərdi. O, Bişkekdə mitinq çağırdı, necə deyərlər, vicdanından qopub Jeenbekovu və əlaltılarını hədələyərək “cinayətlərini ifşa edib”. Bütün bunlarla yanaşı, “hakimiyyəti qəsb etmiş” prezidentə xəbərdarlıq edib ki, o öz səhvlərini boynuna almazsa, onda o – Atambayev “daha böyük çaplı aksiyalar” təşkil edər. Keçmiş prezident birbaşa paqonluları itaətsizliyə çağırıb və bildirib: “Mən mübarizəyə qalxıram”. Yada salaq ki, Qırğızıstanın inqilabi işlərdə təcrübəyə ehtiyacı yoxdur.

Atambayevin Jeenbekova qarşı hansı iddiaları var? O deyir: “Mənə gərəkdir ki, Qırğızıstanda təmiz və ədalətli hökumət olsun”. Əlbəttə, tərifəlayiq arzudur, amma burada sual çıxır: məhz belə bir hökumət qurmaqda keçmiş prezidentə nə mane olub? Axı onu ölkədə dəhşətli korrupsiya becərmək, əhalinin aşağı yaşayış səviyyəsi, elektrik enerjisi sektorunun dağılması, xarici yatırımların həcminin xeyli azalması və s.-də ittiham edirlər. Axı and içirdi ki, Qırğızıstanın bütün “xəstəliklərinin” kökünü kəsəcək. Amma istəmədi, ya da bacarmadı. Ancaq qonşu dövlətlərlə Jeenbekovun yoluna qoymağa tələsdiyi münasibətləri çox “savadlıca” korlamağı bacarıb.

Ümumiyyətlə, Atambayevin “hakimiyyət ətaləti” uyğun hərəkətləri gerçəkləşdirməklə Qırğızıstanın indiki rəhbərliyinə güclü mane olur, o da dövlətin keçmiş başçısını qədəm qoyduğu savaş cığırından mümkün bütün “demokratik” yollarla itələməyə çalışır. Parlament 2007-ci ildən başlayaraq respublikanın keçmiş prezidentlərinin statusunu müəyyən edən qanunu məhz indi təsadüfən qəbul etməyib. Keçmiş prezidentlər buna uyğun olaraq toxunulmazlıqdan olub, onları saxlamağa, həbs etməyə, sorğulamağa, o cümlədən dövlət başçısı olarkən gördükləri işlərə görə mühakimə etməyə icazə verilib. Bundan savayı, onlara siyasi partiyalara başçılıq etmək, yaxud işinə qatılmağa icazə verilmir. Bu isə bildirir ki, Atambayev parçaladığı QSDP-nin bir hissəsinin sədri artıq ola bilməz.

Amma görünür, qanun Atambayevi durdurmayacaq və o, suyu bulandırmağı davam etdirəcək – heç olmasa, öz silahdaşları və yeni hökumətdən “incimişlər” vasitəsilə. Bu isə bildirir ki, Qırğızıstan rahatlıq görməyəcək. Keçmiş prezidenti həbs etmək çətin olacaq, çünki Rusiya onu həmişə əzizləyib. Bundan savayı, həbs Atambayevin tərəfdarları arasında adamların həlakıyla ciddi iğtişaşlara dönüşə biləsi ciddi həyəcan törətməyə qabildir – axı Qırğızıstan artıq bundan da keçib. Düzdür, keçmiş prezidentə çox “vedrə qoşsalar”, o, ola bilsin, Rusiyaya mühacirət qərarı ala bilər – “ən yaxşı vaxtlara qədər”.

Jeenbekov Atambaeyvin mitinqdəki son dərəcə duyğulu və təhqirli həmlələrinə çox sakit cavab verib. O, Qırğızıstan parlamentinin toplantısında deyib: “Ultimatum dili qəbul olunmayacaq”. Onun sözlərinə görə, korrupsiyalaşmış şəxslərin və bəzi siyasi güclərin sabotajı var. “Bütün məsələlər, – o, əmin edib, – hüquq meydanında həll olunacaq və məsələləri insanları meydanlara çıxarmaq və hökumətə təzyiqlə həll edə biləcəyini düşünənlər səhv edirlər”.

Prezidentin sözlərinə görə, Atambayev prezident olarkən dövlət borcunun çoxalması daxil olmaqla “mütəşəkkil cinayətkar mafioz qəbilənin korrupsiyalı fəaliyyəti ölkəyə böyük ziyan vurub”. O habelə vurğulayıb ki, məhdud şəxslərin çevrəsinə qulluq etməməyə və onları müdafiə edərək oğurluqlarını ört-basdır etməməyə söz verib. Jeenbekov yekunlaşdırıb: “Respublika anlayışlarla deyil, qanunlar üzrə yaşayacaq”. Bəli, günün qəzəbinə hər halda “anlayış” verən yeni qanun Atambayevi öz fəaliyyətində güclü məhdudlaşdırır və əlbəttə, hökumətin ən nüfuzlu və ötkəm opponentiylə mübarizədə alətdir. Amma deyəsən, Bişkek bunu qəbul etməkdə bir az gecikib, çünki keçmiş prezidentin arxasında güclü seyrəlmiş olsa da, amma yenə də siyasi partiya durur. Və indi inqilabi durum üçün gerçək zəmin olmasa da, bu, süni şəkildə yaradıla bilər – inqilab həsrətində olanların sayına tən gəlməyən “böhranlı” deyilən kütlənin yaradılmasıyla. Arxasında güclü hakimiyyət partiyası deyil, imkanlarının gərəyincə dəyərləndirilməməsi son dərəcə başısoyuqluq olan adamların, dövlət aparatının durduğu Jeenbekov bunu yaxşı anlayırmı? Özəlliklə gələn il Qırğızıstanda parlament seçkilərinin baş tutmalı olduğu bir vaxtda.

Tərcümə Strateq.az-ındır.

Sozcu.az