“Atam xəstədir deyə, gedib üstünə yıxılmalıyam?”

Əməkdar artist Rəhman Rəhmanovun müğənni oğlu Emil “Şən bazar” verilişinə qonaq olub.

Sozcu.az xəbər verir ki, proqram zamanı sosial şəbəkədə məşhurların ünvanına yazılan tənqidlər müzakirə edilib. Emil “Deyirlər ki, atası xəstədir, özü əylənir” sözlərinə belə münasibət bildirib:

“Sən xalqa xidmət edirsən. Atam evdə xəstə ola bilər. Bu o demək deyil ki, atam xəstədir, mən də gedib, onun üstünə yıxılmalıyam. Atam da başlasın mənim dərdimi çəkməyə. Biz müğənnilər xalqı da hər şeydən məhrum edə bilmərik”.

Qeyd edək ki, R.Rəhman hazırda xəstəxanadadır. O, iki dəfə əməliyyat olunub.(Axşam.az)

Facebook Comments