“Atam avtomobilə görə çox sevindi” – Ramiz Əzizbəylinin qızı

Ötən gün Heydər Əliyev Fondunun nümayəndələri tanınmış aktyor və rejissor Ramiz Əzizbəylinin evində olub, Xalq artistinin səhhəti ilə maraqlanıblar.

Fondun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Ramiz Əzizbəylinin rahat hərəkətini təşkil etmək məqsədi ilə Heydər Əliyev Fondu tərəfindən Xalq artistinə avtomobil hədiyyə olunub. Məlumata görə avtomobil aktyorun qızı Cəlalə Əzizbəyliyə təqdim edilib. Heydər Əliyev Fondu eyni zamanda aktyorun yaşadığı mənzilin təmir işlərini öz üzərinə götürüb və bu yaxınlarda mənzildə təmir işlərinə başlanılacaq.

“Ailəmizə göstərilən diqqətə və qayğıya görə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürümüzü bildiriririk”.

Moderator.az xəbər verir ki, bu barədə xalq artistinin qızı Xədicə Əzizbəyli “Yeni Müsavat”a açıqlamasında deyib. O, qeyd edib ki, avtomobil hədiyyəsi atası üçün gözlənilməz olub və o, buna çox sevinib: “Əməliyyatdan sonra 5 aydır ki, atam evdə ambulator müalicə alır. Maddi çətinlik olduğu üçün Heydər Əliyev Fonduna müraciət etdik.