ATƏT nümayəndələri Bəybala Əbil ilə görüşüb

“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) növbədənkənar president seçkilərininin müşahidə missiyasının nümayəndələri Şerri Morfi və Alej Yakubets seçkiqabağı vəziyyəti öyrənmək məqsədi ilə Qaradağ rayonunda olmuş, müşahidə aparmış və ictimaiyyət nümayəndələri ilə görüşmüşlər. Müşahidəçilər uzun illər Qaradağda parlament seçkilərinin iştirakçısı, bələdiyyə seçkiləri və referendumların müşahidəçisi olan KXCP Ali Məclisinin sədri Bəybala Əbil ilə görüşmüşərək, fikir mübadiləsi aparmışlar.
Sozcu.az xəbər verir ki, Bəybala Əbil DTİHB müşahidəçilərinə Qaradağda keçirilən seçkilərdə (referendumlar) baş verən spesfik kütləvi qanun pozuntuları, seçki saxtakarlıqları haqqında məlumat vermiş və onlarla mövcud növbədənkənar prezident seçkilərinin vəziyyət ilə bağlı fikir mübadiləsi aparmışdır”.