ATƏT-in müşahidəçiləri Sumqayıtda müsavatçı namizədlərlə görüşüb

Bu gün ATƏT-in Demokratik Təsisatlar və İnsah Haqları Bürosunun Azərbaycanda Seçki Müşahidə Missiyasının uzunmüddətli müşahidəçi qrupunun nümayəndələri Sumqayıt şəhərində Müvata Partiyasının deputatlığa namizədləri Könül Alıyeva və Elşad İsrafil ilə görüşüblər.

“Görüşdə namizədliyin qeydə alınması və təbliğat-təşviqat prosesində qeydə alınan hüquq pozuntuları barədə müşahidəçilərin suallarını cavablandırdıq. İki saatdan artıq davam edən görüşdə ümumilikdə ölkədəki mövcud seçki mühitini, müxalif namizədlərə seçki prosesində yaradılan qeyri-bərabər imkanları müzakirə etdik… Seçki prosesi başa çatana qədər yenidən görüşməyə cəhd edəcəklərini dedilər. Biz də öz növbəmizdə ATƏT-in aralıq hesabatlarında Azərbaycan reallığını əks etdirən məlumatların yayılacağına ümid etdiyimizi bildirdik” – deyə, Könül Alı özünün feysbuk səhifəsində yazıb.

Qeyd edək ki, Müsavat Partiyası 60 seçki dairəsindən 64 namizədlə seçkilərdə iştirak edir. Fevralın 9-na təyin olunan növbədənkənar parlament seçkilərini ATƏT DTİHB-nin 350-dən artıq müşahiəçisi izləyəcək.

Facebook Comments