“Astara rayonunda elə məktəb direktorları var ki, vaxtilə dəlixanada yatıb” – Jurnalist

“Təhsili elə vəziyyətə salıblar ki,məktəb direktorlarını müdafiə etmək insanlarda əsəb yaradır”

Sozcu.az xəbər verir ki, bunu jurnalist Elçin İbrahimli deyib:

“Ölkədə məktəb direktorları vəzifəni pulla alırlarsa həmin məktəbdə Şagirdlərə güc də təqdim edirlər. Astara rayonunda elə məktəb direktorları var ki, fiziki sağlamlığı yerində deyil. Biri qoz bel , biri kar , biriləri də vaxtilə dəlixanada yatıb. Şagirdlər də belə direktorlara lağlağı edəndə fiziki gücə məruz qalırlar. Təhsil nazirliyi direktorların sağlamlığına fikir verməli və test etməlidirlər ki, xoşa gəlməz hadisələr baş verməsin.

Elə direktorlar var ki, müqavilə ilə direktor işləyir. İki dəfə nazirliyin keçirdiyi imtahandan keçə bilməyib, bir ildən çoxdur ki, drektor əvəzi işləyir ,nümünəvi məktəbı acınacaqlı vəziyyətə gətirib, tədbir görən yoxdur. Gərək məktəbdə bir hadisə baş versin ki , məktəb yada düşsün?”