Aslının adından saxtakarlıq etdilər

Türkiyəli aktrisa Aslı Enverin adından saxtakarlıq edilib.

Sozcu.az xəbər verir ki, sənətçi bu barədə İnstaqramda məlumat verib.

O bildirib ki, pəhriz dərmanları satan bir şirkət onun fotosundan istifadə edib və Aslı Enverin həmin həblər vasitəsilə arıqladığını qeyd edib.

“Bu məhsulla heç bir əlaqəm yoxdur, məsələ hüquq yolu ilə həll olunacaq” deyə, sənətçi yazıb.