Aslı Enver özünə yeni sevgili tapıb

Dörd illik münasibətinə bir müddət əvvəl son qoyan aktrisa Aslı Enverlə bağlı yeni iddia ortaya atılıb.

Sozcu.az axşam.az-a istinadən bildirir ki, sənətçinin basketbolçu Kerem Tunçerilə eşq yaşadığı bildirilib.

Cütlük münasibətini gizli saxlamağa çalışıb. Onlar 1 aydır birlikdədir. Aslı və Keremi yaxın dostları tanış ediblər.

Qeyd edək ki, Aslı müğənni Murat Bozla eşq yaşayırdı. Onlar ötən ilin payızında ayrılıb.

Facebook Comments