Asiyanın “qol maşını”

“Tottenhem” Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Mançester Siti”yə məğlub olub.

Sozcu.az xəbər verir ki, 3:4 hesabıyla bitən görüşdə London təmsilçisinin ilk iki qolunu vuran Son Hın Min, Çempionlar Liqası tarixinə düşüb. Son, ÇL-də ən məhsuldar asiyalı futbolçu ünvanını qazanıb. Cənubi Koreya millisinin üzvü bu mövsüm sözügedən turnirdə 4-cü qolunu vuraraq, ümumilikdə, ÇL-dəki qollarının sayını 12-yə çatdırıb.

“Tottenhem” “Mançester Siti” ilə qarşılaşmadan məğlub ayrılmasına baxmayaraq, səfərdə daha çox top vurması sayəsində yarımfinala yüksələn tərəf olub. Komandalar arasındakı ilk oyunda “Tottenhem” minimal hesablı qələbə qazanıb.(Komanda.az)