Arvadına 5 milyon təzminat ödəyib

Türkiyəli eks-cütlük basketbolçu İbrahim Kutluay və model Demet Şener arasındakı qalmaqal səngimir.

Sozcu.az xəbər verir ki, Demet keçmiş ərini alminet ödəmədiyinə görə məhkəməyə versə də, Kutluat əksini iddia edib.

O, əlindəki sənədləri mətbuata göndərərək, “Məhkəmədə 3 milyon lirə təzminat verməyim tələb olunurdu, lakin mən 5 milyon (1 milyon 422 min manat) lirə təzminat ödəmişəm” sözlərini deyib.

Qeyd edək ki, cütlük 11 il evli qalıb, üç ildir isə onları n boşanma prosesi davam edir.(Axşam.az)