“Arsenal” uşaq idi, uşaq da qalıb” – Patris Evra

“Mançester Yunayted”in sabiq müdafiəçisi Patris Evra “Arsenal”ın İngiltərə Premyer Liqasının 9-cu turunda “Şeffild Yunayted”ə uduzduğu oyunu (0:1) şərh edib.

Sozcu.az-ın “Sky Sports”a istinadən yaydığı xəbərə görə, o, London klubunda 10 il əvvəllə müqayisədə heç nəyin dəyişmədiyini deyib:

“Şeffild”i qələbəsinə şadam. Onlar buna layiq idilər. Amma “Arsenal” məni təəccübləndürmədi. Onları 10 il əvvəl uşaq adlandırmışdım, elə də qalıblar. Bu, həqiqətdir. Söyləyidiyim sözlərdə oyunçulara heç bir hörmətsizlik yoxdur”.(Qol.az)

Facebook Comments