Arif Hacılının müavini cəmiyyəti narkomaniyaya qarşı mübarizəyə səslədi

Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı sosial şəbəkə istifadəçilərini narkomaniyaya qarşı kampaniyaya səsləyib.

Sozcu.az xəbər verir ki, Səxavət Soltanlı bu barədə özünün feysbuk səhifəsində çağırış edib:

Ən dəhşətli bəlalardan olan narkomaniya genefondumuzu məhv etməkdə davam edir.

3 gün əvvəl Şirvanda 3 gənc eyni narkotik maddədən istifadə edib və hər 3-ü dünyasını dəyişib.

Bu çox ciddi siqnaldır.

Təəssüf ki, xalqı düşünməyən, özünü düşünən bir hakimiyyət bu faciələrin qarşısını ala bilməz.

“Narkomaniya ilə mübarizə” adı altında milyonlarla pul “yeyən” QHT-lərin də fəaliyyəti demək olar ki, yoxdur.

Bəlkə sosial şəbəkə istifadəçiləri olaraq bir kampaniya təşkil edək?

Məncə geniş kampaniya təşkil edib ən azı bu ölüm faktının daha çox gəncimizə çatmasına nail ola bilsək faydalı iş görmüş olarıq.