Arif Hacılı seçki hüququnun pozulmasından yazdı

15 saylı Yasamal dairəsindən namizədliyim irəli sürülüb. Tələb olunan imzalar toplanıb, amma sənədlərimi DSK-ya təqdim edə bilmirəm. Çünki, maliyyə arayışı almalı olduğum banklar, əmlakım barədə sənəd almalı olduğum reyestr idarələri, iş yerlərindən arayış verməli olan idarə və müəssələr 5 gündür ki, işləmir. Daha 2 gün işləməyəcək.

Müsavat namizədlərinin artıq imzaları toplayıb başa çatdırdıqları 50-dən çox seçki dairəsində eyni vəziyyətdir.

Hələ bələdiyyə seçkiləri günlərində də DSK-lar bir neçə gün parlament seçkilərinə aid funksiyalarını yerinə yetirmədi.

Cəmi iki ay olan seçki kampaniyasının 15% də belə oğurlanır.

Hələ başqa, daha böyük problem var. Qanuna görə namizəd olmaq üçün DSK-lara müraciət müddəti təqribən 4 həftə nəzərdə tutulsa da, bu, dekabrın 30-dan demək olar ki, mümkünsüz olub.

DSK-dan bildiriş aldıqdan sonra bankda hesab açılmalı, yalnız bundan da 1 gün sonra imza toplamağa başlamaq olar. 8 gün banklar işləmir. Təsəvvür edin, DSK ərizəçiyə 5 gün müddətinə cavab verməlidir. Əgər dekabrın 25-də DSK-ya müraciət etmiş şəxsə 5 gün sonra cavab verilirsə, 8 gün də banklar işləmirsə, namizəd yalnız yanvarın 7-də bank hesabı aça və yanvarın 8-də, müraciət etdikdən iki həftə sonra imza toplamağa başlaya bilər. Seçki hüququnun ciddi pozuntusudur.

Müsavat Partiyasının müvafiq idarələrin bayram günlərində işləməsi və ya qeydiyyat müddətinin 7 gün uzadılması tələbinə isə əməl olunmadı.

Seçki hüququnun, qanunların pozulması və saxtakarlıqlara qarşı mübarizəmiz davam edəcək.

Yazı Müsavat başqanı Arif Hacılının feysbuk səhifəsindən götürülüb.

Facebook Comments