Arif Hacılı: “Euronews” telekanalının Dağ Yəhudiləri haqqında reportaj hazırlaması çox əhəmiyyətlidir

“Euronews” telekanalı Azərbaycanda yaşayan Dağ Yəhudiləri haqqında reportaj hazırlayıb. Belə reportajın Avropanın ən populyar televiziya kanallarından birində təkrar-təkrar nümayişi çox əhəmiyyətlidir.

Sozcu.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

A.Hacılı bildirib ki, Qarabağ məsələsinin nizamlanması barədə düşünən, az-çox ədalət duyğusu olan hər kəs, hər bir avropalı, hətta hər bir erməni bu reportaja baxıb özünə sual verməlidir: Əgər yəhudilər Qırmızı Qəsəbədə (Krasnaya Sloboda), ruslar İvanovkada və başqa ərazilərdə kompakt yaşayaraq öz dini, milli dəyərlərini qoruyub saxlaya, inkişaf etdirə bilirsə, nədən ermənilər Qarabağda Azərbaycan vətəndaşı olaraq eyni əsaslarla yaşaya bilmir?

Facebook Comments