Arif Hacılı: “Ermənistanda siyasi hakimiyyətin taleyi hərbi müdaxilə olmadan həll edilməlidir”

“Ermənistanda baş verənlər daha çox siyasi hakimiyyət uğrunda mübarizənin kəskinləşməsinin göstəricisidir”.

Sozcu.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

A.Hacılı xatırladıb ki, yeni siyasi böhran Nikol Paşinyanın Rusiya istehsalı olan “İskəndər” raketlərinin effektivsizliyi barədə açıqlamasından sonra başlayıb.

Müsavat başqanının sözlərinə görə, Rusiya silahının onsuz da düşmüş nüfuzuna daha bir zərbə olan bu açıqlama Kremli qəzəbləndirib: “Yerevanda qarşıdurmanın, məhz bu motivlə kəskinləşməsi təsadüfi deyil. Tərəfləri məğlubiyyət acısı birləşdirib. 44 günlük müharibədə Azərbaycan ordusuna məğlub olmuş Ermənistan ordusu Türkiyə silahına məğlub olmuş Rusiya silahının müdafiəsinə qalxıb. Biz dünyada və xüsusilə qonşu dövlətlərdə hər hansı xaosun, qanundankənar toqquşmaların, hərbi çevrilişlərin əleyhinəyik. Ermənistanda siyasi hakimiyyətin taleyi hərbi müdaxilə olmadan, xalqın iradəsi ilə həll olunmalıdır”.

Facebook Comments