“Aresenal” və “Çelsi” Bakıdan nə qədər pul aparacaqlar? – MƏBLƏĞ

UEFA (Avropa Futbol Assosiasiyalarının İttifaqı) bu gün Bakıda baş tutacaq Avropa Liqasının final oyunun iştirakçılarına – “Arsenal” və “Çelsi” klublarına 13 milyon avro mükafat verəcək.

Sozcu.az UEFA-dan açıqlanan məlumatlara istinadən bildirir ki, 13 milyon avronun 8,5 milyonu qalib komandaya veriləcək.

Məlumat üçün bildirək ki, 2018/2019-cu illər mövsümündə UEFA Çempionlar Liqasının qalibi olacaq komandaya ümumilikdə 82,45 milyon, Avropa liqasının qalibi olacaq komandaya isə ümumilikdə 21,34 milyon avro mükafat verəcək.

Çempionlar Liqasının qrup mərhələsində iştirak edən hər klub 15,25 milyon avro mükafat qazanır. Bundan başqa qrup mərhələsində qazandığı hər qələbəyə görə 2,7 milyon avro, hər bərabərliyə görə isə 0,9 milyon avro mükafat alırlar. Futbol klubu Çempionlar Liqasının 1/16-da finalına yüksəldiyi zaman 9,5 milyon, 1/4-ə yüksəldiyi zaman 10,5 milyon, yarımfinala yüksədiyi zaman isə 12 milyon avro mükafat alır. Çempionlar Liqasının finalında oynayan komanda qalib gəldiyi təqdirdə 19 milyon, məğlub olduğu təqdirdə isə 15 milyon avro mükafat qazanır.

Avropa Liqasının qrup mərhələsində iştirak edən hər klub 2,92 milyon avro mükafat qazanır. Bundan başqa qrup mərhələsində qazandığı hər qələbəyə görə 0,57 milyon avro, hər bərabərliyə görə isə 0,19 milyon avro mükafat alırlar. Avropa Liqasının qrup mərhələsini qrup birincisi kimi başa vuran komanda 1 milyon avro, qrup ikincisi kimi başa vurtan komanda isə 0,5 milyon avro mükafat alır. Sonrakı mərhələdə – Avropa Liqasının 1/32-də finalına yüksələn zaman 0,5 milyon, 1/16-ə yüksəldiyi zaman 1,1 milyon, 1/4-ə yüksəldiyi zaman 1,5 milyon, yarımfinala yüksədiyi zaman isə 2,4 milyon avro mükafat alır. Avropa Liqasının finalında oynayan komanda qalib gəldiyi təqdirdə 8,5 milyon, məğlub olduğu təqdirdə isə 4,5 milyon avro mükafat qazanır.