Arda Turan “Qalatasaray”la razılığa gəldi

“Barselona” ilə müqaviləsi bu yay başa çatan Arda Turan “Qalatasaray”a qayıtmağa yaxındır.

Sozcu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi İstanbul klubu ilə razılığa gəlib. Razılığa əsasən, onunla 2+1 illik müqavilə imzalanacaq. Arda hər oyuna 15 min avro qazanacaq. Bundan başqa, müqavilədə bəzi bonuslar da yer alacaq.

Türk futbolçunun növbəti mövsüm “Qalatasaray”ın kapitanlarından biri olacağı vurğulanıb.

Qeyd edək ki, Superliqa təmsilçisinin baş məşqçisi Fatih Terim klub rəhbərliyi ilə görüşündə Ardanın transferini istəyib.

Facebook Comments