Araik Arutunyan Xankəndini tərk etdi

Qarabağda son günlərini yaşayan qondarma rejimin rəhbəri Araik Arutunyan Şuşa məğlubiyyətindən sonra ilk dəfə üzə çıxıb.

Sozcu.az xəbər verir ki, Arutunyan qondarma rejimin keçmiş “müdafiə naziri” Levon Mnatsakanyanla Laçında görüşüb.

Modern.az-ın yazdığına görə, Arutunyan Qarabağdakı Ermənistan qoşunlarının darmadağın olunması ilə bağlı Mnatsakanyanla fikir mübadiləsi aparıb. Separatçı liderin yaxın günlərdə Qarabağı tərk etməyi düşündüyü və Ermənistana qaçacağı bildirilir.

Facebook Comments