Aquero oynayacaq

“Mançester Siti”nin futbolçusu Serxio Aquero zədəsini sağaldıb.

Sozcu.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, komanda ilə ümumi məşqlərə başlayıb. Onun Çempionlar Liqasının 1/4 finalında sabah keçiriləcək “Tottenhem”lə ilk matçda oynayacağı bildirilib.

Qeyd edək ki, Aquero zədə səbəbindən İngiltərə Premyer Liqasında “Kardiff”, İngiltərə kubokunun yarımfinalında “Brayton”la oyunu buraxıb.(Qol.az)