“Aquero daha gənc deyil, indi mənim zamanımdır”

“Mançester Siti”nin futbolçusu Qabriel Jezus komanda yoldaşı Serxio Aquero haqda danışıb.

Sozcu.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, argentinalı hücumçu haqda müsbət fikirlər səsləndirib: “Serxio bir əfsanədir, klub tarixinin ən yaxşı bombardiridir. Onun oynadığı futbolu və xarakterini bəyənirəm.
Hər matç oynamaq istəyirəm. Futbol oynadığım zaman xoşbəxt oluram. Futbol olmasaydı, nə edəcəkdim bilmirəm”.

Jejus təriflədiyi Aqueroya qarşı iddialı açıqlaması ilə də diqqət çəkib: “Aquero daha gənc deyil, indi mənim zamanımdır”.(Qol.az)

Facebook Comments