Aqil Səmədbəyli İlham Əliyevə 14 sual ünvanladı

Bütöv Azərbaycan Birliyinin (BAB) Mərkəzi Şurasının sədri Aqil Səmədbəyli özünün “Facebook” səhifəsində dövlət başçısı İlham Əliyevə bir neçə sual ünvanlayıb.

Sozcu.az Aqil Səmədbəylinin yazısını oxucularına təqdim edir:

Azerbaycan Cumhurbaşkanı İlham Eliyev’e Suallar:

1. Niye-Neden Qarabağ’dakı işğalçı-terrorçu ermeni ordusu hele de çıxarılmayıb? Hadrut’da etdikleri texribatdan sonra bu meselenin tecili hellini niye teleb etmediniz?
2. Niye işğalçı rus ordusu Qarabağ’da serhedleri deqiqleşdirerken Sovet Dönemi xeritesini esas alaraq hereket edir? Belke Putin’le SSRİ’ni yeniden qurmaq haqqında gizli anlaşmanız var?
3. Sovet dönemi xeritesine göre serhedlerin müeyyenleşmesi Azerbaycan’ın suverenliyini yox saymaq deyilmi?
4. Niye işğalçı rus ordusu onlara verilen selahiyetleri aşaraq erazisini genişlendirir ve siz buna ciddi reaksiya vermirsiniz?
5. Qarabağ’da işğalçı ordunun sayının anlaşdığınız saydan en az iki defe çox olmasına niye ciddi etiraz etmirsiniz?
6. Niye rus işğalçı ordusunun nezerde tutulandan daha ağır ve daha çox sayda texnikanı Qarabağ’a yerleşdirmesine heç ses çıxartmırsınız?
7. Rus işğalçı ordusuna iki Bakı qeder erazimizi: (65km uzununda, 5 km eninde Laçın şeheri de içinde qalmaqla ) niye verdiniz?
8. Rus işğalçı ordusunun ermenistan’dan Qarabağ’a terrorçular daşıdığı haqqında melumatlar var! Bu sizi narahat edirmi? Edirse niye o koridora Azerbaycan nezaret etmir?
9. Azerbaycan tam qelebe çalmaq üzreyken, işğalçı rus ordusunun gelişine ve terrorçu ermenileri xilas etmesine niye imza atdınız?
10. Anlaşdığınızın eksine olaraq, Qarabağ’a ermeniler ve Türkler BMT Komisiyası nezaretinde daşınmaq evezine, ruslar tekterefli ve nezaretsiz şekilde ermenileri Qarabağ’a daşıyır? Niye bir defe de olsun bu meseleye ciddi etiraz etmirsiniz?
11. Niye Azerbaycan’ı rus işğalından xilas ederek Müsteqilliye qovuşduran Xalqın Cebhesine (AXC) bu qeder nifret edirsiniz?
12. Milli Birliyin davam etdirilmesi evezine, Milleti bölmek fikri öz yanaşmanızdır, ya kiminse sifarişidir?
13. Demişdiniz ki, Türkiye olmayan masada oturmayacağıq. Ne baş verdi? Qelebe qazanmamıza her cür destek veren Türkiye olmadan niye masaya hem de Moskva’da oturdunuz?
14. Niye Qazax’ın kendlerinin ilkin anlaşmada olduğu halda, rus variantında bu kendlerin adının çıxarılmasına etiraz etmediniz?

Suallar o qeder çoxdur ki..
Helelik bu qeder yeter!

Facebook Comments