Aqil Səmədbəyli: Şokdayıq…

Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva dünyasını dəyişib.

Məlumatı təsdiqləyən Aqil Səmədbəyli bildirib ki, Həlimə Əliyevanın səhhəti dünən qəfildən pisləşib və dərhal İstanbulun Silivri rayonunda yerləşən xəstəxanaya aparılıb:

“Bu gün isə reanimasiya şöbəsində dünyasını dəyişdi”.

A.Səmədbəyli mərhumun cənazəsinin Bakıya gətiriləcəyi vaxtın hələ müəyyənləşmədiyini deyib: “Xərçəng xəstəsi idi, kimyaterapiya alırdı. Ancaq belə tez dünyasını dəyişəcəyini gözləmirdik. Ona görə şokdayıq”.

Facebook Comments