Anna canlı yayımda müsəlman oldu – Atası azərbaycanlıdı

Türkiyə kanalında din alimi Nihat Hatipoğlunun verilişində hər kəsin marağını kəsb edən hadisə yaşanıb.

Sozcu.az Türk mətbuatına istinadən xəbər verir ki, anası hollandiyalı, atası azərbaycanlı olan Anna adlı qadın canlı yayında İslamı qəbul edib.

Annanın türk nişanlısı bildirib ki, qadın öz istəyi ilə bu yolu seçib. Onun bu arzusunu bilən Hatipoğlu gəncləri yanına çağırıb.

“Bu istəyin məni çox sevindirdi. Aramıza xoş gəldin” deyərək, qadına kəliməyi-şəhadəti təkrar etdirib.(Axşam.az)