Ankara: Ermənistan 30 il əvvəl olduğu kimi…

Ermənistan bütün dünyanın gözü qarşısında günahsız dinc əhalini hədəf alır.

Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Uşaq, qadın, yaşlı demədən Xocalıda soyqırım törədən, Azərbaycan torpaqlarını işğal edən Ermənistan indi də bütün dünyanın gözü qarşısında günahsız dinc əhalini hədəf alır. Ermənistan 30 il əvvəl necə idisə, bu gün də eyni formada sülh və sabitliyin düşməni olaraq hərəkət edir”, – məlumatda bildirilir.

Facebook Comments