Ançelotti “Arsenal”da?

Unai Emerini istefaya göndərən “Arsenal”da yeni baş məşqçi vəzifəsinə əsas namizəd müəyyənləşib.

Sozcu.az Britaniya mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi komandanın başına “Napoli”nin çalışdırıcısı Karlo Ançelottini gətirməyi planlaşdırır. 60 yaşlı mütəxəssisin klubuyla müqaviləsi bu ilin yayında başa çatacaq.

Qeyd edək ki, K.Ançelotti daha əvvəl Londona köçməsi ilə bağlı yayılan xəbərləri təkzib etmişdi.(Qol.az)

Facebook Comments