Ancelina Bredlə barışmaq istəyir

2,5 ildir Bred Pittlə boşana bilməyən Ancelina Colinin onunla barışmaq istədiyi iddia edilir.

Sozcu.az- xəbər verir ki, Colinin Pitti geri qazanmaq üçün məhkəməni uzatdığı bildirilir.

Üç bioloji və üç övladlıq uşağı olan cütlük qəyyumluq məsələsində razılığa gələ bilmədiklərinə görə, boşana bilmir.

“The Sun” qəzetinə danışan şahidlərdən biri “Ancelina yenidən ailə olmaq istəyir. Buna görə də, boşanma prosesinin hər detalını Bred üçün çətinləşdirir” deyə, bildirib.

Mənbənin məlumatına görə, Bred isə bu təklifi qəbul etmir.

Qeyd edək ki, cütlüyün 6 övladının qəyyumluğu məhkəmə nəticələnənədək Ancelinadadır.