“Amnesty İnternational” İranın Məhkəmə Sistemini zalım və qeyri-insani adlandırıb

Beynəlxalq Əfv Təşkilatı – “Amnesty İnternational” İranın Məşhəd şəhərinin Vəkilabad həbsxanasında 55 yaşlı kişinin alkoqollu içki içdiyinə görə edam edilməsinə münasibət bildirib.

Təşkilatın Yaxın Şərq və Şimalı Afrika məsələləri şöbəsinin müdiri Diana Eltahavi məsələ ilə əlaqədar yaydığı bəyanatda bu edamın İran Məhkəmə Sisteminin nə qədər zalım və qeyri-insani olduğunu bildirib.

Bəyanatda İranda davamlı olaraq insanların edam edilməsindən təəssüf hissi keçirdiyini bəyan edib.

Təşkilat qeyd edib ki, zalım, qeyri-insani və təhqiramiz olan edam hökmünə heç cür bəraət qazandırıla bilməz. “Amnesty İnternational” sonda İranı bir daha edam hökmünü ləğv etməyə çağırıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Məşhədin Vəkilabad həbsxanasında 55 yaşlı kişinin alkoqollu içki içdiyinə görə edam edilməsi barədə xəbərlər yayılmışdı. İstər ictimaiyyət, istərsə də sosial şəbəkələrdə bu məsələ geniş səs-küyə səbəb olduğundan, Rəzəvi Xorasanının Ədliyyə Baş İdarəsi edamla bağlı açıqlama verməyə məcbur olmuşdu.

İran İslam Respublikasında inanılmaz cinayət: Məşhəddə …
İranın Rəzəvi Xorasan əyalətinin mərkəzi olan Məşhəd zindanında saxlanılan, araq içməkdə, alkoqollu içkilər saxlamaqda və pravasız avtomobil sürməkdə günahlandırılan məhkum edam edilib.

İdarə yaydığı bəyanatda həmin şəxsin əvvəllər də spirtli içki qəbul etmək, şəxsi istifadə üçün əldə etmək və saxlamaq maddələri ilə dəfələrlə məhkum edildiyini bildirərək, onun edam edilməsini bir daha “doğru addım” adlandırmışdı.

Facebook Comments