“Amerikan əsgərlərə o çuvalları yedizdirərdik…” – Türk generaldan şok sözlər

Təxminən 60 ilə yaxın bir müddətdir bir-birlərini ‘müttəfiq’ kimi görən və ikili əlaqələrini bəzən ‘strateji müttəfiqlik’ səviyyəsinə yüksəldən Türkiyə və ABŞ arasında yaşanan ‘ən böyük böhran’ olaraq tarixə keçən ‘Çuval’ hadisəsinin ən əhəmiyyətli şəxslərindən biri olan dövrün Xüsusi Təyinatlı Qüvvələr komandirinin müavini general Abdullah Kılıçarslan 16 il sonra ilk dəfə açıqlama verib.

Türk əsgərinin əvvəllər ‘düşmən kimi yaxınlaşan hər kəsə silahlı cavab vermə’ əmri olduğunu, ancaq bunun 2003-cü ilin aprel ayında dövrün hərbi rəhbərliyi tərəfindən əmrin dəyişdirildiyini bildirən Kılıçaraslan, bu səbəblə ABŞ əsgərlərinə qarşı silah istifadə edilmədiyini söyləyib və əlavə edib: “Əgər o gün silah istifadə etmə icazəmiz olsaydı, ABŞ əsgərlərinə o çuvalları yedizdirərdik”.

İLK QALMAQALAL KƏRKÜKDƏ YAŞANDI

Generalın dediyinə görə, 22 aprel 2003-də Ərbildəki Xüsusi Qüvvələr Komandanlığının Qərargahında xidmət edən Türk əsgərləri “Türkiyədən gələn bir humanitar yardım konvoyunu müşayiət etmək üçün” getdikləri Kərkükdə nəzarətə alınmış, sabahısı gün də Amerikan əsgərinin müşayiəti ilə Türkiyəyə göndərilərək İraqdan çıxarılmışdı.
O dövrə dair əhəmiyyətli hadisələri xatırlayan Kılıçarslan, 2002-nin dekabr ayında ola biləcək bir İraq hərəkatından əvvəl tədbir olaraq hazırlanan plan və əmrlərə bağlı da məlumat verib.
“PKK düşməndir, Şimali İraqdakı kürd partiyaları KYB-KDP və Koalisiya Gücləri (ABŞ və digərləri) dostca münasibət göstərmədikləri müddətcə silahla qarşılıq veriləcək” əmrini Şimali İraqda xidmət edən hərbi heyətə çatdırdıqlarını açıqlayan Kılıçarslan, belə davam edib:
“Kərkükdəki məlum çuval hadisəsi yaşanınca, biz yenidən Ankaraya sorğu yazdıq və bundan sonra bu cür bir hadisə olsa, necə davranmamız lazım olduğu mövzusunda öhdəlik qaydasını bizlərə bildirmələrini istədik.
Dövrün Baş Qərargah rəisi Helmi Özkök 2003 il may ayının ortasında ‘ABŞ və koalisiya ünsürləri ilə qarşıdurma mühiti yaradılmayacaq, dostca əməkdaşlıq içərisində çalışılacaq’ əmrini bizə çatdırdı. Bu əmr hər nə şərt olursa olsun, Türk əsgərinin silah istifadə etməsinin qabağına keçən əmr idi”.

4 İYULDA İSTƏSƏK HAMISINI ÖLDÜRƏRDİK

General Kılıçarslan 4 iyulda yaşananlarla əlaqədar olaraq da əhəmiyyətli açıqlama verib.
11 Türk əsgərinin vəzifə yerinə yetirdiyi yerə ABŞ-lıların 150 əsgərlə gəldiklərini qeyd edən Kılıçarslan, “Əmr verilsə, ABŞ-lı əsgərlərə qarşı çıxmaq mümkün idimi” sualına bu cavabı verib:
“Əgər düşmən ünsürlərə silahla cavab vermə haqqımız olsaydı, Xüsusi Qüvvələr heyəti olan əsgərlərimiz ABŞ-lıların hamısını orada öldürərdi.
Silah istifadə etmə haqqımız olsaydı, ABŞ-lı əsgərlərə o çuvalları yedizdirərdik. Bəlkə bizim əsgərlərimizin də hamısı şəhid olardı, amma bu hadisə qəti olaraq yaşanmazdı.

ABŞ-dan TÜRKİYƏYƏ DOST OLMAZ

Bunu dəqiq bir şəkildə bilməmiz lazımdır. ABŞdan Türkiyəyə dost olmaz. Orta Şərqdə Türkiyənin güclü olmasını qəti olaraq istəmədilər, istəməyəcəklər də. Bu yaşananlardan sonra ABŞ-lı komandir John Slyvester Baş Qərargaha gələrək mənimlə işləmək istəmədiklərini Helmi Özkökə çatdırdı. Mən də bu yaşananlardan sonra ABŞ-ın istəmədiyi bir komandir olduğum üçün istefaya göndərildim”.
Yaşananların 1 nömrəli məsulunun dövrün Baş Qərargah rəisi Helmi Özkök olduğunu deyən Kılıçarslan, çuval hədisəsilə bağlı bütün detalları yaxın zamanda yazacağı kitabda qeyd edəcəyini, bu hadisədə ictimaiyyətin bilmədiyi çox fərqli detallar olduğunu söyləyib.

Sözcü.az