Amerika kubokunu Braziliya qazandı

Braziliyada təşkil edilən Amerika kubokuna yekun vurulub.

Sozcu.az xəbər verir ki, bu gün final qarşılaşmasında meydan sahibləri ilə Peru millisi üz-üzə gəlib. Görüş Braziliyanın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da “sambaçılar” tarixində 9-cu dəfə bu titulu qazanıb.
Qeyd edək ki, yarışın bürünc mükafatına Argentina yığması sahib olub.

Braziliya – Peru – 3:1
Qollar: Everton, 15 (1:0), Gerrero, 44-pen. (1:1), Qabriel Jesus, 45 (2:1), Riçarlison, 88-pen. (3:1)
Qırmızı vərəqə: Qabriel Jesus, 70 (Braziliya) (Qol.az)