“Altın Kelebek” bu il onları seçdi

“Altın Kelebek” mükafatlarının gələcək vəd edən aktrisaları bəlli olub.

Sozcu.az xəbər verir ki, “Ulduzu parlayanlar” mükafatının sahibləri bacarıqları, gücləri, uğurları və bu il kariyeralarındakı dönüş nöqtəsinə görə təyin edilib.

Mükafatın sahibləri aktrisalar Ebru Şahin, Alina Boz və İlayda Şahin seçilib.

Qeyd edək ki, Ebru Şahin “Hercai”, İlayda Şahin “Çukur”, Alina Boz isə bu il “Elimi bırakma” serialı ilə gündəmdən düşməyib.