Almanlar Robbenin yeni klubunu açıqladılar

Mövsümün sonunda “Bavariya”dan ayrılacağı açıqlanan Aryen Robben karyerasını Portuqaliyada davam etdirə bilər.

Sozcu.az xəbər verir ki, holland futbolçu “Benfika”ya keçməyə yaxındır. Bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb. Xəbərdə, Robbenin “Benfika” rəhbərliyi ilə danışıqlara başladığı bildirilib.

“Bavariya”da bir müddət əvvəl Aryen Robben və Frank Riberinin mövsümün sonunda klubdan ayrılacağı açıqlanmışdı.

Robben bu mövsüm “Bavariya” ilə 16 qarşılaşmada iştirak edərək, 5 qol vurub.(Komanda.az)