Almaniyalı azarkeşlər İlkay Gündoğanı irqçi şüarlarla təhqir ediblər- Təhqiqat aparılır

Almaniya futbol yığmasının iki üzvü – türk əsilli İlkay Gündoğan və Seneqal əsilli Leroy Sane irqçi təzyiqlərə məruz qalıblar.

Sozcu.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hər iki futbolçu martın 20-də Almaniya və Serbiya yığmaları arasında keçirilmiş yoldaşlıq görüşü zamanı yerli azarkeşlər tərəfindən təhqir ediliblər.

Məsələ ilə bağlı Volfsburq polisi tərəfindən təhqiqata başlanılıb.

Almaniya Futbol Federasiyası və yerli klublar baş verənləri sərt şəkildə pisləyib.

İrqçi şüarların səsləndirilməsi faktını almaniyalı jurnalist Andre Voiqt ictimailəşdirib. O bildirib ki, almaniyalı azarkeşlər İ. Gündoğan və L. Saneyə “zənci” deyiblər, oyun zamanı Hitler salamı (“Heil Hitler) veriblər.

Qeyd edək ki, bu, Almaniyanın yığmasının futbolçularına qarşı ilk belə hal deyil. Belə ki, Almaniya yığmasının türk əsilli futbolçusu Məsud Özil son dünya çempionatında uğursuzluğa görə azarkeşlər tərəfindən irqçi təzyiqlərlə üzləşdikdən sonra yığma karyerasını başa vurub.(Strateq.az)