Almaniya parlamentinin prezidenti Bakıya gəlir

Almaniya Bundestaqının (parlament) prezidenti Volfqanq Şoyblenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Report-un məlumatına görə, gələn ilin əvvəlində reallaşması nəzərdə tutulan səfərin dəqiq tarixi yaxın aylarda məlum olacaq.

Səfər zamanı V.Şoyble Bakıda bir sıra rəsmi görüşlər keçirəcək, tədbirlərə qatılacaq.