Ali Məhkəmə Saakaşvilini “həbsdə saxladı”

Gürcüstan Ali Məhkəməsi Tiflis Apellyasiya Məhkəməsinin Mixail Saakaşvili haqda çıxardığı 3 illik həbs cəzası qüvvəsində saxlayıb.

Məhkəmə cəzanın ləğv edilməsi üçün Saakaşvilinin vəkilləri tərəfindən qaldırılan vəsatəti qəbul etməyib.

Sozcu.az xəbər verir ki, bu məlumatı Gürcüstanın Baş Prokurorluğu yayıb. Bildirilib ki, Ali Məhkəmə Saakaşvilinin vəkillərinin qərarın ləğv edilməsi ilə bağlı verdikləri şikayəti təmin etməyib.

Qeyd edək ki, Gürcüstan Baş Prokurorluğu 2014-cü ildə Saakaşviliyə qarşı dövlət vəsaitlərini şəxsi ehtiyacları üçün xərcləmə, 2007 aksiyaları zamanı öz səlahiyyətlərindən sui-istifadə, həmçinin 2006-cı ildə Qirqvlianinin qətlinə görə ittiham irəli sürüb. Məhkəmə isə Saakaşvilini 3 illik qiyabi həbsə məhkum edib./Axar.az/