Aldadıldığını İnstaqramdan gələn mesajla öyrənib

Ötən günlərdə 2,5 illik münasibətlərini sonlandıran türkiyəli sənətçilər Kubilay Aka və Miray Danerin ayrılığı gündəmdən düşmür.

Sozcu.az xəbər verir ki, hüzünlü ayrılıq mesajı ilə ayrıldıqlarını bəyan edən Kubilayın sonradan aktrisa Hilal Altınbiləklə çıxan görüntüləri bir çox iddianın ortaya çıxmasına səbəb olub.

İndi isə iddia edilir ki, Miray Kubilayın Hilala aşiq olduğunu İnstaqramdan ona gələn mesajla bilib. Belə ki, aktrisa “Bir neçə dəfə soruşmuşdum, mənə dost olduqlarını demişdi. Menecerləri bir olduqları üçün şübhələnməmişdim. Bir gün tanımadığım bir hesabdan gələn fotonu görənədək buna əmin deyildim” deyə, söyləyib.(Axşam.az)

Facebook Comments