Aktyorun keçmiş arvadı həbs oluna bilər – ədəbsiz görüntülərə görə

Türkiyəli aktyor Berk Oktayın ədəbsiz görüntülərini sosial mediada paylaşan eks-arvadı Merve Oktayın 6 illik həbs olunması barədə iddia qaldırılıb.

Sozcu.az xəbər verir ki, məhkəmənin növbəti iclası başlamamışdan öncə onların razılaşması istənilib. Lakin heç bir tərəf razılığa gəlməyib.

Qeyd edək ki, Merve keçmiş ərinin görüntülərini yaydığını boynuna almasa da, prokurorluq “ip” ünvanlarından paylaşımları onun etdiyini təsdiqləyib.

Onu da bildirək ki, Berk Oktay hazırda “Savaşçı” serialında rol alır.(Axşam.az)