AKP CHP-yə bu şəhərlərdə uduzur – Siyahı

Türkiyədə bu gün keçirilən bələdiyyə seçkilərinin nəticələri elan edilməkdədir.

Sozcu.az xəbər verir ki, artıq seçki bülletenlərinin 50%-ə qədəri sayılıb. Bu nəticə ilə AKP Adana, Ankara, Antalya, Aydın, Əskişəhər, Xatay, Mərsin, İzmir, Muğla və Təkirdağda CHP-yə uduzur.

Diyarbəkir, Mardin, Vanda isə HDP səslərin böyük əksərini əldə edib.

Digər böyük şəhərlərdə AKP liderdir. Yalnız Manisada AKP-nin müttəfiqi MHP liderlik edir.(Axar.az)