Akif Nağının seçki qərargahı yaradıldı

Bu gün Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının parlament seçkilərində iştirakı ilə bağlı QAT-ın mərkəzi ofisində toplantı keçirildi.

Sozcu.az xəbər verir ki, toplantıda seçki qərargahı yaradıldı və QAT Ali Məclisin sədri Barat İmani qərargaha rəhbər təyin olundu. Toplantı Azərbaycanın dövlət himni ilə başlandı, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra QAT sədri Akif Nağı çıxış edərək Milli Məclisə üzv seçilərsə Qarabağ uğrunda mübarizəni daha geniş miqyasda davam etdirəcəyini vurğuladı. Toplantıda Azərbaycanın tanınmış şəxsləri, din xadimləri, alimlər, Qarabağ qaziləri, şəhid ailələri iştirak etdilər. Barat İmani, Hacı Əkbər Rüstəmov, Hacı Hacıağa Nuri, Şahmar İbrahimov, Yusif Səmədov, Firidun Məmmədov, Hacı Fərman Azançı, Abdal Qəhrəman, Sahib Musayev, Maisə Əliyeva, Sevinc Axundova, Mürsəl Həsənov, Manaf Kərimov, Hacı Savalan, Şaiq Süleymanov, Kərbəlayi İlham, Rövşən Əliyev, Sahib Musayev, Elxan Abdullayev, Murad Kəngərli, Sədi Rüstəmov, İftixar Zeynalov, Hacı Əfqan Muradov, Leyla Həsənova və digərləri çıxış edərək Akif müəllimin seçkidə qalib gələcəyini inamla bildirdilər. Hər kəs Akif Nağıya bu yolda xeyir dua verərək uğurlar arzuladılar.

Onu da qeyd edək ki, QAT sədri Akif Nağı Binəqədi rayonu 9 saylı seçki dairəsindən namizədliyini veribdir.

Facebook Comments