Akif Nağı vaqonda yaşayan köçkün ailəsi ilə bağlı müraciət etdi -FOTOLAR

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı vaqonda yaşayan məcburi köçkün Sahil Məmmədovun ailəsinin ağır vəziyyəti ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə müraciət edib.

Müraciətdə göstərilir:

Məcburi köçkün Məmmədov Sahil Nuru oğlunun ağır vəziyyəti ilə bağlı Sizə müraciət edirik. Sahil Məmmədov 4 nəfərlik ailəsi, 2 kiçik yaşlı övladı ilə birlikdə ağır mənzil şəraitində yaşayır. Onlar Qaradağ rayonunda keçmiş hərbi şəhərciyin ərazisində vaqonda yaşayırlar. Bu cür şəraitdə normal ailə saxlamaq, sağlam övladlar böyütmək mümkün deyil. Sahil Məmmədov 1986-cı ildə Ağdam rayonunda anadan olub, oradan da köçkün düşüb. Həyat yoldaşı Ruhiyyə Məmmədova Cəbrayıl rayonundan köçkün düşüb. Ölkədə məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı məqsədyönlü və müsbət işlərin aparıldığını qeyd edir və xahiş edirik ki, bu köçkün ailəsinin probleminə də biganə qalmayasınız. Müraciətimizə diqqətlə yanaşacağınıza inanır və əvvəlcədən təşəkkür edirik.

Sozcu.az