Akar Baxçalı, Kılıçdaroğlu və Akşənərlə görüşdü – Səbəb

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ölkədəki partiya liderlərinə baş çəkib.

Sozcu.az xəbər verir ki, Akar ayrı-ayrılıqda MHP başqanı Dövlət Baxçalı, CHP lideri Kamal Kılıçdaroğlu və İYİ Partiyasının rəhbəri Maral Akşənərlə görüşüb.

Akar partiya liderləri ilə görüşündə onlara ölkənin təhlükəsizlik və müdafiə məsələsi ilə bağlı məlumat verdiyini, eyni zamanda müəyyən bilgilər aldığını söyləyib.

Akarın görüşü mətbuata qapalı keçirilib.