Airbnb 2020-ci ildə IPO keçirtməyi planlaşdırır

Qısamüddətli ev kirayəsi sahəsində fəaliyyət göstərən Airbnb şirkəti səhmlərin birjada ilkin yerləşdirilməsini 2020-ci ildə keçirtməyi planlaşdırır. Bu barədə şirkətin bəyanatına istinadən Vc.ru saytı xəbər verib. 18 sentyabr tarixində şirkət bildirdi ki, bu ilin ikinci rüb göstəricilərinə əsasən ilk 3 ay ərzində əldə olunmuş ümumi gəlirin miqdarı şirkət tarixində ikinci dəfə 1 milyard dolları keçib. Lakin şirkət gəlirli olub-olmaması barəsində bir məlumat verməyib.

Sozcu.az techland.az-a istinadən bildirir ki, 2008-ci ildə istifadəyə verildiyi vaxtdan bəri bu servisdə öz evlərini kirayə vermiş istifadəçilər ümumilikdə 80 milyard dollar vəsait qazanblar. Hal hazırda Airbnb-nin bazasında bütün dünya üzrə 100.000-ə yaxın şəhərdə 7 milyon daşınmaz əmlak var. Şirkət öz IPO-nun hansı formatda keçirilməsi barəsində məlumat verməyib. Lakin Reuters saytının məlumatlarına əsasən şirkət birbaşa listinq keçirtməyi planlaşdırır. Bu halda səhmlər investorların iştirakı ilə keçirilən ön satışlar olmadan azad satışa buraxılır.