“Air Astana”nın təyyarəsi Şeremetyevoda qəza enişi edib

“Air Astana” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Moskvanın Şeremetyevo hava limanında qəza enişi edib.

Trend-in məlumatına görə, Nur-Sultan – Moskva reysini həyata keçirən təyyarə nasazlığın yaranması səbəbindən eniş etmək məcburiyyətində qalıb.

Bildirilir ki, hava limanının bütün operativ xidmətləri səfərbər edilib.

Sozcu.az