“Ai-95 markalı benzin də bahalaşacaq” – İQTİSADÇI

“Ai-92 benzinin və dizel yanacağının qiymət artımından sonra növbəti bahalaşma Ai-95 markalı benzinin qiymətində olacaq. Burda başlıca məqsədlərdən biri premium benzini bahalaşdırmaqla Ai-92 markalı benzinin satışınının azalmasının qarşısını almaqdır”.

Sozcu.az xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu deyib:

“Bu dəfəki qiymət artmında başlıca məqsədlərdən biri də SOCAR-ı yaranmış çətin durumdan çıxarmaqdır. Odur ki, növbəti artım qazın limitli satışının ləğvində və ya limitdən aşağı qiymətinin bahaşmasında ifadə olunacaq.

Xatırladım ki, SOCAR-ın xarici borc öhdəlikləri üzrə əsas ödənişləri 2022-23-cü illərdədir və orta illik borc ödənişləri 2 milyard dollar ətrafındadır. Hazırkı qiymət artımı və sonrakı bahalaşmalar xeyli borc öhdəliyi ilə SOCAR-ı özəlləşdirməyə çıxarmamışdan əvvəl borcları ödəmək üçün əlavə maliyyə mənbəyidir”.

Facebook Comments