“Aİ-92” markalı benzin bahalaşacaq? – FOTO

Sosial şəbəkələrdə Bakıda sürücülərin kütləvi şəkildə yanacaqdoldurma məntəqələrinə gedərək “Aİ-92” markalı benzin aldığı iddia olunur.

Sozcu.az-ın xəbərinə görə, şəbəkə istifadəçiləri bildirirlər ki, “Aİ-92”-nin qiyməti qalxacaq. Sürücülərin kütləvi şəkildə yanacaqdoldurma məntəqələrinə üz tutmalarının səbəbi budur.

Qeyd: Tarif (qiymət) Şurası “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətini 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edib.pravda.az

Facebook Comments