Ağsuda yük maşını su kanalına aşıb, sürücü ölüb –VİDEO

91

Ağsu rayonunda yol qəzası baş verib.

Sozcu.az xəbər verir ki,Hadisə günorta saatlarında rayonun Ərəbmehdibəy kəndində qeydə alınıb.

Belə ki, “Shacman” markalı yük maşını Şirvan kanalı üzərindəki körpüdən keçərkən idarəetmədən çıxaraq kanala aşıb.

Nəticədə sürücü, Kəlbəcər rayon sakini, 1967-ci il təvəllüdlü Mübariz Ağa oğlu Mamedov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.(Report)