Ağsuda yağışın yağmasına da mane olurlar?

Ağsu rayonunda yağış yağmaması üçün buludun xüsusi aparatlarla dağıdırlar.

Bu barədə Ağsu rayon sakini Cabir Turan Cəfərbəyli maraqlı bir yazı paylaşıb:

“Belə getsə biz yağış görməyəcəyik. Bu nə işdi düşmüşük? Deməli Ağsuda bir də görürsən göyü qara bulud aldı, deyirsən bu saniyə leysan olacaq. Amma bir az sonra görursən ki, həmin qara buluddan əsər-əlamət yoxdu. Deyilənə görə xüsusi bulud dağıdan lazer qurğuları vasitəsi ilə dağıdırlar yağış buludunu. Məqsəd də budur ki,əkin sahələrinə,bağlarına ziyan dəyməsin”

Qeyd edək ki, Ağsu rayonunda Paşayevlərə (1-ci viste-prezident Mehriban Əliyevanın ailəsi) məxsus olduğu deyilən böyük bir əkin sahələri var. Əkin sahələrinə vaxtsız yağışın yağmaması üçün xüsusi avadanlıqlarla buludu dağıtdıqları deyilir. Bundan əvvəllər də, Paşayevlərin əkin sahələri ilə bağlı narazılıqlar olmuşdur.

Elşən Əlisoy