Ağsuda stevia bitkisinin əkininə başlanıldı – Gənc müəllimin uğuru

Gənc biologiya müəlliminin ideya müəllifi oluğu stevia bitkisinin əkininə başlanıldı.

Ağsu rayon Çiyni kənd orta məktəbinin biologiya müəllimi Vasif Abdullayevin Kənd təsərrüfatı və sənaye sahəsini əhatə edən stevia bitkisinin əkini və istehsalı ilə bağlı layihəsi artıq dəstək görməyə başlayıb.

Sozcu.az xəbər verir ki, “Ağsu Aqropark” QSC gənc müəllimin layihəsinə maraq göstərərək, aqroparkın pilot əkin sahəsində stevia bitkisinin əkininə başlanılıb.

Vasif Abdullayev Sozcu.az-a layihə barədə məlumat verərək bildirib ki, stevia bitkisinin kənd təsərrüfatına ciddi uğur verəcəyinə inanır:

“Mən stevia bitkisinin kənd təsərrüfatına və sənaye sahəsinə ciddi dəstək olacağına inanıram. Stevia bitkisinin Azərbaycanda əkilərək istehsal olunması şəkərli diabet və artıq çəkidən əziyyət çəkən vətəndaşlarımız üçün də faydalı olacaq. Mən bu layihəmlə bağlı Azərbaycanın Milli Elmlər Akademiyasına müraciət edərək, alimlərlə görüşüb bu layihənin həyata keçirilməsinin dövlətimiz üçün bir çox sahələrdə uğur gətirəcəyini həm  layihə, həm də şifahi şəkildə bildirmişdim. O zaman nədənsə layihəmin həyata keçməsi üçün dəstək ala bilməsəm də, bu il “Ağsu Aqropark” QSC mənim layihəmə maraq göstərərək, dəstək verdi. Stevia bitkisinin əkininə başlamışıq. Bitki artıq inkişaf etməyə başlayıb. İnanıram ki, çəkdiyimiz əziyyət hədər getməyəcək. Ümid edirəm ki, Gələn yaxın illərdə stevia bitkisinin  toxumçuluq və şitilçiliyi ilə deyil, həm də  zavod istehsalı ilə də uğur qazanacağıq”.

Xatırladaq ki, Stevia bitkisinin (onu “şəkər otu”, “bal otu” da adlandırırlar) vətəni Çənubi Amerikadır. Bu ərazilərin yerli əhalisi stevianı qədim zamanlardan şəkər əvəzinə və həmçinin müalicəvi bitki kimi istifadə edir. Stevianın yarpaqlarında unikal şirin maddə “steviozid” var. Bitkinin yarpaqlarını emal etdikdən sonra təbii şəkər əvəzedicisi olan steviozid alınır. Bu maddə şəkərdən qat-qat şirindir. Steviosidin 50 qramı 10 kq şəkəri əvəz edir. Həmçinin stevia azkalorilidir. 100 qr steviada yalnız 18 kalori var. Bu arıqlamaq istəyənlər üçün çox vacibdir. Steviadan çox faydalı və dadlı çay hazırlamaq olar. Bunun üçün 1 x.q. stevia yarpaqlarını 1 stəkan isti suda 30 dəqiqə ərzində dəmləyin və adi çay kimi için. Bu içki iştahanı azaldır və bununla da arıqlamaq istəyənlərə kömək edir.

Facebook Comments