AĞSUDA ŞƏHİD AİLƏSİ PREZİDENTİ MƏHKƏMƏYƏ VERİR -FOTOLAR

Ağsuda şəhid ailəsinin və 2 məcburi köçkün ailəsinin məskunlaşdığı “Qərənfil” uşaq bağçası. Harda görünüb ki, hazırda yaşayış olan bir binada yaşayan insanları (buna yaşamaq demək mümkünsə) mənzillə təmin edib köçürmədən yaşadıqları binanın damınıda sökərək, qışın bu soyuq günlərində acınacaqlı bir vəziyyətə salalar…?

Bu binada məskunlaşan ailələrdən biri də şəhid ailəsi olaraq bizim ailəmizdir. Mən bu gün şəhid ailələri haqqında olan sərəncamların icra olunmaması ilə bağlı Azərbaycan respublikasının prezidenti İlham Əliyev haqqında məhkəməyə müraciət edərək şikayət iddimaı irəli sürəcəm. Bu günə qədər o binada məskunlaşan ailələrin prezidentə ünvanladıqları şikayət ərizələri cavasız qalır və ya yenidən həmin ərizələr Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin üzərinə göndərilir. İcra başçısının da prezidentə və onun sərəncamlarına olan münasibəti göz qabağındadır.

Şəhid ailələri haqqında dövlət qanununda şəhid ailələrinin mənzillə təmin olunması göstərilib. Qanunun 6-cı maddəsində isə deyilir ki, qanunun bu tələblərinə əməl etməyən aidiyyəti qurumlar məsuliyyət daşıyır. İcra başçıları isə bu məsuliyyətin onlara aid olmadığını bildirir. Ona görə də məcburam ki, prezidenti məhkəməyə verim və kimin məsuliyyət daşıdığını özləri qərar versinlər. Mən bu gün artıq prezident haqqında məhkəmə iddiası qaldıracam. Birdəfəlik cavab verilsin ki. şəhid ailələrinin sosial problemlərinin həll edilməsi üçün ayrılan milyonlarla vəsait kimlərə xəriclənir. Ya ada desinlər ki. siz bu ölkənin vətəndaşı deyilsiniz.

Məmmədov Elşən Əli oğlu. Kəlbəcər rayonundan məcburi köçkün, şəhid ailəsi.