Ağsuda meymun peyda olub

Ağsu rayon sakinləri meymunla rastlaşıblar.

Sozcu.az xəbər verir ki, Ağsu rayon Gəgəli kəndinin sakinləri agaclıqda, yanında balası oan meymun görüblər. Sakinlərin dediyinə görə, qəbiristanlığın yaxınlığında olan ağaclıqda yanında balası olan qəribə məxluqla rastlaşıblar. Həmin heyvanın meymun olduğunu gördükdə isə, bərk təəcübləniblər. Meymun onlardan qaçaraq kəndin həyətlərinə girib. Sakinlər meymunları bir neçə dəfə gördüklərini bildiriblər..

Sakinlər bildiriblər ki, meymunlar Gəgəli kəndinin yaxınlığında olan “Aqropark”-dan qaçıb. “Aqropark”-dan gələn şəxslər meymunları tutan şəxsə mükafat verəcəklərini deyiblər.